banner
banner

İdman

"Məğlubiyyət bizə dərs olmalıdır" - Fatih Terim

"Məğlubiyyət bizə dərs olmalıdır"

"Çox yaxşı komandaya qarşı oynadıq. Keçirdikləri son 5 yoldaşlıq oyununda qol buraxmayıblar. Rəqib daha çox qol vura bilərdi, ancaq bizim də iki epizodda fərqlənmək imkanımız oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim Braziliya ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bu məğlubiyyətin onlar üçün bir dərs olacağını bildirib: "Bu məğlubiyyət bizə dərs olmalıdır. Çox nadir hallarda komandada aciz vəziyyətdə qalmışam. Mən də daxil olmaqla Türkiyədə hər kəs həqiqətlərlə üzləşməlidir. Beynəlxalq arenada uğur qazanmaq üçün bir sıra layihələr təşkil olunmalıdır".

Azarkeşlərin futbolçularını fitə basmasına da münasibət bildirən Terim bu haqda belə deyib: "Burada daha önəmli məsələ var. Bu futbolçular bizim övladlarımızdır. Bacardıqlarını etdilər. Beş dəfə dünya çempionu olmuş bir komandaya qarşı oynadıq. Braziliyada Neymar, Villian, hər kəs alqışlanmalıdır. Bizim futbolçular da. Onlar pis oynaya bilərlər. Matçın 19-cu dəqiqəsində qol buraxan kimi fitə basmalar, alqışlamalar başladı. Oyunun 15-ci dəqiqəsində federasiya prezidentinə etirazlar edildi. Mən Qazaxıstanla seçmə mərhələ oyunundan sonra Argentina ilə də qarşılaşmağımızı istəyirəm. Azarkeşlər Messini də izləsinlər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.