İndoneziyanın Sumatra adasında fəallaşan Sinabunq vulkanı yenidən kül püskürməyə başlayıb. Vulkanın fəallaşması ərazidə təhlükəli vəziyyət yaradıb. Hökumət vulkan ətrafında yerləşən rayonlardan 6000-ə yaxın sakinin təxliyə edilməsinə göstəriş verib. İlk növbədə, vulkandan 3 kilometr radiusda yaşayan sakinlər təxliyə edilib. Məlumata görə, vulkandan axan lavanın həcmi 3 milyon kubmetrə artıb. Vulkan günbəzinin çökmə təhlükəsi olduğu bildirilir. Yaxınlıqdakı yaşayaş məntəqələrinin üzərinə kül qatı çöküb.
Sinabunq vulkanı sonuncu dəfə ötən ilin axırlarında fəallaşmışdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.