İran "Türk Axını"na qoşula biləcəyini ifadə edib. İranın Milli Qaz Şirkətinin Beynəlxalq Əlaqələr müdiri Azizullah Ramezani İranın təbii qazını Avropaya daşımaq üçün "Türk Axını"nından istifadə edə biləcəklərini söyləyib.
İranın təbii qazını ixrac etmək üçün 5-6 variantı olduğunu deyən Ramezani "Türk Axını" ilə bağlı danışıqlar aparmadıqlarını deyib: "Rusiya və Türkiyənin boru xətlərinin Avropaya çatdığı nöqtə eyni zamanda İran boru xətlərinin Avropaya çatdığı nöqtə ola bilər".
İranın Avropaya təbii qaz ixracı üçün Türkiyə ərazisindən istifadənin mümkün olduğunu deyən Remazini bunun ancaq Qərb ölkələrinin Tehrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılması vəziyyətində realaşa biləcəyini bildirib.
Onun sözlərinə görə, İran üçün uğurlu iqtisadi marşrut barədə qərar sanksiyalar ortadan qaldırılandan sonra veriləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.