banner
banner

Dünya

İranlı general Suriyaya getdi- İŞİD lideri öldürüldü

İranlı general Suriyaya getdi-

Son günlər Suriya ordusu İŞİD terror qruplaşması üzərində üstünlüyü müşahidə olunmaqdadır. 
İran mətbuatı bunun səbəbini İnqilab Keçikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general Qasım Süleymaninin Suriyada olması ilə izah edib. 

İran mətbuatına danışan Qasım Süleymani bildirib ki, İraq və Livandan minlərlə könüllü Suriyaya gəlib: "Yaxın günlərdə güclərin balansının dəyişikliyi ilə heyrətə gələcəksiniz". 

Məlumata görə, Suriya ordusu və Qasim Süleymaninin rəhbərliyi ilə könüllülər birgə əməliyyata başlayıb. 

“Suriya ordusunun qərargah rəhbərləri ilə həyata keçirdiyimiz hazırlıqlar nəticəsində bütün dünya nəyə məruz qaldığına görə təəccüblənəcək. Suriyada bir neçə gün ərzində baş verəcək böyük dəyişikliyi, bütün dünya heyrət içində izləyəcək”, -deyə Qasım Süleymani bildirib. 

İraqda ABŞ hərbi kontinegnetini daim qorxuda saxlayan Qasim Süleymaninin Suriyada olması artıq nəticələrini də verir. Belə ki, Suriya ordusunun keçirdiyi əməliyyatda İŞİD qruplaşmasının liderlərindən biri, qruplaşmamının “xarici işlər naziri” Məhəmməd Əl-Hələb məhv edilib.

Suriya ordusu ölkənin Xasaka şəhərində böyük əməliyyat keçirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.