banner
banner

İdman

FİFA-da növbəti qalmaqal- 6 üzv İnterpola verildi

FİFA-da növbəti qalmaqal-

ABŞ-ın sorğusuna əsasən Beynəlxalq Futbol Federasiyasındakı (FİFA) korrupsiya qalmaqalı ilə bağlı 6 nəfəri beynəlxalq axtarışa - İnterpola verilib.

Onlar korrupsiya və reketçilikdə ittiham olunurlar.

Onların sırasında FİFA-nın keçmiş vitse-prezidenti, trinidadlı Jack Warnerlə icra kommitəsinin Paraqvaydan olan keçmiş üzvü Nicolas Leoz də var.

Qalan 4 nəfər isə argentinalı Alejandro Burzaco, Hugo və Mariano Jinkis qardaşları və Braziliyadan olan yayımın icraçı direktoru Jose Marguliesdir.

Xatırladaq ki, bu il mayın 27-də Sürixdə Beynəlxalq Futbol Federasiyasının (FİFA) bir sıra yüksək vəzifəli şəxsləri həbs edilib. Onlar ümumilikdə 10 milyard dollardan çox rüşvət almaqda şübhəli bilinirlər. Korrupsiya cinayətləri üzrə işdə 14 futbol funksionerinin, o cümlədən FİFA-nın iki vitse-prezidentinin adı da var.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.