banner
banner

Dünya

Putin təcili iclas çağırır: ölkə müharibə ərəfəsində

Putin təcili iclas çağırır:

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko parlamentin yuxarı palatasının növbədənkənar iclasa toplaşa biləcəyini deyib.

Spiker bu üzdən həmkarlarından “uzağa getməməyi” xahiş edib.

“Mən Federasiya Şurasının əlavə, növbədənkənar iclasının keçirilməsinə zərurət yaranacağını istisna etmirəm. Ona görə də sizdən uzağa getməməyi və daim əlaqədə olmağı xahiş edirəm. Əgər belə bir qərar qəbul edilsə, biz sizi vaxtında xəbərdar edəcəyik” - deyə V.Matviyenko senatorlar qarşısındakı çıxışı zamanı bildirib.

Yada salaq ki, Federasiya Şurası özünün növbədənkənar iclasına sonuncu dəfə keçən il martın 1-də toplaşıb. O zaman parlamentin yuxarı palatası prezident Vladimir Putinə Ukraynaya qoşun yeritmək icazəsi vermişdi. Bu icazə elə həmin ilin iyulunda ləğv olunub.

Federasiya Şurasının səlahiyyətlərinə aşağıdakılar daxildir: ölkənin hansısa ərazisində fövqəladə vəziyyətin elan olunması, Rusiya Federasiyasının subyektləri arasındakı sərhədlərin dəyişdirilməsi, Rusiyadan kənarda hərbi güc tətbiqi məsələsinin meydana çıxacağı təqdirdə onun həlli.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.