banner
banner

İdman

"Qarabağ"dan qızıl dubl

"Qarabağ"dan qızıl dubl

Azərbaycan kubokunun sahibi bəlli oldu.
Cia.az-ın məlumatına görə, "Qarabağ" klubu "Neftçi"ni 3:1 hesabı ilə məğub edərək kuboku qazanıb..

"Qarabağ"dan qolları Reynaldo Silva (5; 39), Muarem Muarem (84) vurub. "NEftçi"nin isə bir qolunu Ernest Nfor (78) vurub.


...22:19...

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilir. 

Həlledici oyunda çempion “Qarabağ” və çempionatı 4-cü pillədə başa vuran “Neftçi” klubları üz-üzə gəlir. Hazırda oyunda hesab 2:0 "Qarabağ"ın xeyrinədir. 

Son dəfə finalda 1996-cı ildə qarşılaşan bu komandaların duelindən “Neftçi” qalib ayrılıb – 3:0. Paytaxt klubu eyni zamanda kubokun son qalibidir. “Neftçi” ardıcıl 4-cü mövsümdür ki, kubokun finalına yüksəlir.

“Qarabağ” isə sonuncu dəfə final həyəcanını 2008/2009-cu ildə yaşayıb ki, məhz həmin il “atlılar” kuboku başı üzərinə qaldırıb.

Qurban Qurbanovun komandası 22 ildən sonra “qızıl dubl” etmək şansı əldə edib. Komanda ilk və sonuncu dəfə 1993-cü ildə bunu bacarıb. “Neftçi” isə 1995/1996 və 2012/2013 mövsümündə hər iki titulu qazanıb.

3 iyun

Azərbaycan Kuboku, final

“Qarabağ” – “Neftçi” - 2:0 (İkinci hissə)
Qollar: Reynaldo, 5(1:0), 39 (2:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rza Məmmədov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Reynaldo Silva, Muarem Muarem, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Leroy Corc, Bədavi Hüseynov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Hacı Əhmədov, Namiq Yusifov, Vüqar Nadirov, İlqar Qurbanov, Tural Rzayev

"Neftçi": Aqil Məmmədov, Karlos Kardoso, Denis Silva, Araz Abdullayev (k), Elşən Abdullayev, Julius Vobay, Nikolas Kanales, Erik Fabian Ramos, Kaue da Silva, Məqsəd İsayev, Elvin Bədəlov

Ehtiyat oyunçular: Saşa Stamenkoviç, Rahil Məmmədov, Rəhman Hacıyev, Fəhmin Muradbəyli, Samir Məsimov, Emin Mehdiyev, Ernest Nfor

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.