ABŞ-ın Nyu-York şəhərində iki kişi oturuşuna görə həbs edilib. Latın amerikalı iki kişi metroda bir adamın tuta biləcəyi yerdən daha artıq yer tutduqlarına və ətrafdakılara narahatlıq verdiklərinə görə saxlanılıb. Qeyd edək ki, bu kampaniya sosial şəbəkədə də geniş yayılıb. Əksər xarici ölkəlrədə "manspreading", Türkiyədə isə "ayaqlarını yığışdır" və "yerimi işğal etmə" haşteqləri ilə böyük səs-küyə səbəb olub.
Qeyd edək ki, İngiltərədə bu yaxınlarda belə oturan adamların cərimə edilməsi haqqında qanun da qəbul edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.