banner
banner

İdman

"Bakı-2015"ə 15 boksçu ilə

"Bakı-2015"ə 15 boksçu ilə

 I Avropa Oyunlarında iştirak edəcək boks üzrə milli komandamızın heyəti məlum olub.

Seçməmiz kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov bu dəfə fərqli çəki dərəcəsində - 81 kq-da çıxış edəcək. 91 kq çəki dərəcəsində isə Abdulqadir Abdullayev rinqə çıxacaq.

Dünya çempionu Albert Səlimov milli komandamızın heyətində ilk cıddı sınağını məhz Avropa Oyunlarında verəcək. “Baku Fires” klubunun heyətində Rio-de-Janeyro olimpiadasına vəsiqə qazanan boksçu 60 kq çəki dərəcəsində mübarizə aparacaq. Məşqçilər korpusu 56 kq-da “Böyük İpək Yolu” turnirində birinci olan gənc Tayfur Əliyevə şans verib. Komandamız hazırda Bakıda İrlandiya və Bolqarıstan boksçuları ilə birgə təlim-məşq toplanışı keçir.

Qadınların yarışında 5 boksçumuz çıxış edəcək. Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yelena Vıstropova, dünya çempionatının finalçısı Yana Alekseyeva əsas medal ümidlərimiz olacaq.

Kişilərdən ibarət milli komandamız:

49 kq. Salman Əlizadə
52 kq. Elvin Məmişzadə
56 kq. Tayfur Əliyev
60 kq. Albert Səlimov
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov
75 kq. Xaybulla Musalov
81 kq. Teymur Məmmədov
91 kq. Abdulqadir Abdulllayev
+91. Məhəmmədrəsul Məcidov

Qadınlardan ibarət seçmə komanda:

51 kq. Anaxanım Ağayeva
54 kq. Anna Əlimərdanova
60 kq. Yana Alekseyeva
64 kq. Yelena Vıstropova
75 kq. Zeynab Cavadlı

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.