Türkiyə kubokunun final oyunu keçirilib. Finalda Türkiyə çempionu olmuş “Qalatasaray”la “Bursaspor” qarşılaşıb.
Olduqca maraqlı və gərgin keçən mübarizəni “sarı-qırmızı”lar qazanıb. Azarkeşlərin 5 qol izlədiyi oyunda “cim-bom” “Bursaspor”u 3:2 hesabı ilə məğlub edərək 16-cı dəfə kuboku başı üzərinə qaldırıb.
“Aslanlar”ın hər üç qoluna Burak Yılmaz imza atarkən, rəqib komandanın heyətində Fernandao və Volkan Şən fərqlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.