banner
banner

İdman

Çingiz Abdullayev baş məşqçini - QOVDU

Çingiz Abdullayev baş məşqçini -

Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. 

Cia.az klubun rəsmi saytına istinadən xәbәr verir ki, Müşahidə Şurasının sәdri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər. 

Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi” futbol komandasının baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb. 

Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib. 

Məlumat üçün bildirək ki, Samir Əliyev bu mövsüm “Neftçi” PFK-nın əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb. 

Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda “Neftçi”nin formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış hücumçu “Volın” və “Uralan” klublarında da çıxış edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.