banner
banner

İdman

2014-cü ilin ən yaxşı 10 qolu

2014-cü ilin ən yaxşı 10 qolu

FİFA 2014-cü ilin ən gözəl qoluna 10 namizədin siyahısını açıqlayıb.

Qol.Az-ın FİFA-nın saytına istinadən verdiyi məlumata görə, builki namizədlər sırasında ötən il ən yaxşı qolun müəllifi olan İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviç də yer alıb. Dieqo Kosta, Xames Rodriqes, Robin van Persi, Tim Kehill kimi futbolçular da ən yaxşılar sırasına düşməyi bacarıblar.

Ümumilikdə bu ilin ən yaxşı qoluna namizədlər aşağıda adları qeyd olunanlardır:

1. Tim Kehill - Avstraliya - Hollandiya
2. Dieqo Kosta - "Atletiko" Madrid - "Hetafe"
3 Marko Fabyan - "Krus Asul" - "Puebla"
4. Zlatan İbrahimoviç - PSJ - "Bastia"
5. Paytim Kasami - "Krastal Palas" - "Fulhem"
6. Stefan Roçe - "Peamount Yunayted" - "Ueksford Yuts"
7.Xames Rodriqes - Kolumbiya - Uruqvay
8.Kamilo Sanvezzo - "Vankuver Uaytkeps" - "Portlen Timbers"
9. Hisato Sato - "Sanfreççe Hirosima" - "Kavasaki Frontale"
10. Robin van Persi - İspaniya - Hollandiya

Qeyd edək ki, FİFA və "France Football" dərgisinin rəsmi internet səhifəsindən aparılan səsvermə 1 dekabra qədər davam edəcək. Bundan sonra namizədlərin sayı üçə enəcək. Qalibin adı isə dekabrın 12-də açıqlanacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.