FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının mövqeyi ötən ayla müqayisədə yaxşılaşıb. Millimiz topladığı 272 xalla 1 pillə irəliləyib və 115-ci sıraya yüksəlib. Reytinq cədvəlinin ilk pilləsində isə Almaniya yığmasıdır (1775 xal). Belçika 2-ci (1509 xal), Argentina 3-cü (1496 xal), Kolumbiya 4-cü (1435 xal), Braziliya 5-ci (1392 xal) pillədə qərarlaşıb.
Sonrakı üç yerdə isə dəyişiklik olmayıb. Belə ki, Hollandiya (1378 xal), Portuqaliya (1229 xal), Uruqvay (1183 xal) müvafiq olaraq 6,7 və 8-ci sırada yer alıb. Fransa aktivindəki 1164 xalla reytinq cədvəlində iki pillə birdən irəliləyərək 9-cu, İspaniya isə 1147 xalla 10-cu sırada qərarlaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.