banner
banner

İdman

"Yuventus" "Real"dan 40 milyon avro tələb edir

"Yuventus" "Real"dan 40 milyon avro tələb edir

"Yuventus"un futbolçusu Arturo Vidal yeni mövsümdən "Real"da çıxış edə bilər.

Cia.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin yeni baş məşqçisi Rafael Benites çilili futbolçunu komandasında görmək istəyir.

Madrid klubu Çempionlar Liqasının final matçından sonra Turin təmsilçisi ilə danışıqlara başlayacaq.

İtaliya klubu "Arsenal" və "Mançester Yunayted"in də maraq dairəsində olan 28 yaşlı futbolçunun transferi üçün 40 milyon avro tələb edir. "Kral klubu"nun Vidal üçün bu məbləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Yuventus"un heyətində 48 oyun keçirən Vidal 4 qol vurub və 8 məhsuldar ötürmə verib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.