banner
banner

İdman

FİFA milli komandanı "DÇ-2018"dən kənarlaşdırdı

FİFA milli komandanı "DÇ-2018"dən kənarlaşdırdı

FİFA İndoneziya milli komandasını 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi və 2019-cu ildə keçiriləcək Asiya kubokundan kənarlaşdırılıb.

Cia.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna İndoneziya Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyası arasındakı anlaşılmazlıq səbəb olub.

Superliqaya hansı klubların yüksələcəyi məsələsində tərəflər arasında razılıq əldə olunmayıb. Belədə Nazirlik federasiyanı ləğv edib və superliqada 2014/2015 mövsümünü təxirə salıb. Məsələ ilə bağlı son qərarın verilməsi üçün tərəflərin iyunun 8-də məhkəmə qarşısına çıxacağı bildirilir.

Baş verənlərdən sonra İndoneziya millisini "DÇ-2018"nin seçmə mərhələsindən kənarlaşdıran FİFA həmçinin komandanı Asiya kubokunun F qrupundan da xaric edib. Eyni zamanda İndoneziya Futbol Federasiyasının tələb olunan şərtləri yerinə yetirmədiyi üçün fəaliyyəti dondurulub. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.