"ATƏT-in Minsk qrupunda Fransanın həmsədrliyinin Avropa İttifaqı (Aİ) mandatı ilə əvəz edilməsi məsələsi gündəlikdə deyil. Fransanın mandatı olduğu kimi qalır. Bu, daxili məsələdir."
ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in baş katibi Lamberto Zannier deyib.
Onun sözlərinə görə, Fransanın mandatının Aİ ilə əvəzlənməsinə, yaxud da Fransaya Aİ adından danışmaq mandatının verilməsinə təşkilat daxilində baxılmalıdır. Bu məsələdə danışıqlar aparılsa da, heç bir irəliləyiş yoxdur.
O eunews.az-a bildirib ki, Avropa Parlamenti Xarici İşlər Komitəsində çıxışı zamanı L.Zannier ölkə ərazisini pozduğuna görə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana aid olan hərbi vertolyotun vurulmasından xəbərdar olduğunu vurğulayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.