Malaziyada 6 bal gücündə zəlzələ baş verib. Cia.az-ın yerli seismologiya mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkədəki Kinabalu dağı olub. Yerin 10 km dərinliyində qeydə alınan zəlzələ 30 saniyə davam edib.
Zəlzələdən sonra Kinabalu dağında olan 150 alpinistin çıxılmaz vəziyyətdə olduğu, 11 alpinistin isə xəsarət aldığı bildirilir. Alpinistlərin olduğu bölgəyə helikopter enə bilmədiyi üçün axtarış-xilasetmə qrupu öz imkanları ilə zəlzələnin baş verdiyi yerə çatmağaçalışırlar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.