Türkiyə-Suriya sərhədində gərgin anlar yaşaanıb. Suriyanın Haseki şəhərinə bağlı Rasulyan bölgəsində şiddətli döyüşlərdən qaçan 400-ə yaxın suriyalı Akçakaledəki sərhəd keçid məntəqəsindən Türkiyə tərəfə keçiblər. Suriyalılar Türkiyəyə keçərkən onların arxasınca bombalar yağdırılıb. Partlayış Türkiyə sərhədindən də aydın şəkildə görünüb. Qaçqınların köməyinə türk əsgərləri yetişib. Qaçan suriyalılar arasında qadınlar və uşaqlar da olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.