banner
banner

Dünya

Kanada Kremlə hədə-qorxu gəldi

Kanada Kremlə hədə-qorxu gəldi

Kanadanın baş naziri Stiven Xarper Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. Bu barədə Stiven Xarper Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Kanada nəinki 270 rusiyalı və separatçılara qarşı qəbul etdiyi sanksiyaların müddətini uzatmağa, hətta yeni sanksiyalar tətbiq etməyə hazırdır.  

 

“Putin üçün fəsadlar olmalıdır, iqtisadi sanksiyalar qalmalıdır. Və biz vəziyyətdən asılı olaraq Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək üçün müttəfiqlərimizlə əməkdaşlıq etməyə həmişə hazırıq”, deyə Xarper qeyd edib.  

 

Poroşenko bundan əvvəl tezliklə Kanada ilə azad ticarət haqqında sazişin imzalanacağını bildirib.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.