Türkiyədə bir bank ölkənin tanınmış şəxslərini aldadaraq onlara 17,5 milyon dollar zərər verib.
Cia.az-ın məlumatına görə, bank məşhur məşqçi Fatih Terim, onun həyat yoldaşı Fulya Terim, tanınmış müğənni Petek Dinçöz, onun keçmiş həyat yoldaşı Can Tanrıyar, jurnalist Hıncal Uluç, həmçinin İlham Gamgam, Mehmet Tahir Demirpence, Ümit Nalbantoğlu, Angelo Della Valle, Fabio Pierotti Cei kimi iş adamlarına qarşı saxtakarlıq edib.
Məlum olub ki, bank daha çox öz hesablarını müntəzəm olaraq yoxlamayan müştəriləri hədəf alıb. Həmin şəxslərin xəbəri olmadan onların bankdakı pulları ilə qeyri-qanuni əməliyyatlar, alqı-satqı həyata keçirib. Həmin əməliyyatlar üçün müştərilərin imzası lazım olanda isə "sənədlərdə imza çatışmır" deyərək onları aldadıb və imzaladıblar.
İndi həmin banka qarşı cinayət işi açılıb. 20 bank işçisinə 30 ildən 170 ilə qədər həbs cəzası tələb edilir. İddianamə İstanbul 8-ci Ağır Cəza Məhkəməsinə göndərilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.