Türkiyənin baş naziri Əhməd Davudoğlu Konyada səs verən zaman açıqlama verib. Cia.az-ın məlumatına görə, o, insanlara səs vermələri üçün müraciət edib. "Hər kəsin öz iradəsilə səsvermə hüququndan istifadə etməsi vətəndaşlıq borcudur. İradəsi nə olursa olsun, millətimizin qərarı başımız üzərindədir", - deyən Davudoğlu dünən Diyarbəkirdə baş verən partlayışla bağlı açıqlama verib.
"Bu hücum bütün partiyalara qarşı edilib. Bu, seçkiyə qarşı törədilmiş hücumdur. Seçkiyə qarşı edilən hücum isə demokratiyaya qarşıdır. Bu çirkli əli ifşa edəcəyik. Dünən gecə bu hadisə ilə bağlı bir şübhəli saxlanılıb. Biz bu işin kökünə qədər gedəcəyik və onun bütün əlaqələrini ortaya çıxaracağıq", - deyə baş nazir bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.