Rusiyanın Astraxan vilayətində toylardan biri faciə ilə yekunlaşıb.
Belə ki, bəyin dostlarından biri, 38 yaşlı Çeçenistan sakini təbrik deyərkən "Rus ruletkası" oynamağı qərara alıb. İlk özünü sınayan qonaq "estafeti" digər qonaqlardan birinə ötürüb. Növbəti qonağın cəhdi isə travmatik tapançadan güllənin çıxması ilə nəticələnib.
Həkimlər onu xilas etsələr də, bu görüntülər ortada qalıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.