Türkiyə prezidenti Recep Tayyip Erdoğan də keçirilən səsverməyə qatılıb. Cia.az-ın məlumatına görə, Türkiyə rəhbəri səsverməyə həyat yoldaşı Əminə Erdağanla birlikdə gəlib. Recep Tayyip Erdoğan bildirib ki, bu onun prezidentlik dövründə ilk səsverməsidir. Ölkə rəhbəri seçkilərdə böyük aktivliyin müşahidə olunduğunu bildirib.
"İlk öncə arzu edirəm ki, ölkəmiz üçün xeyirli-uğurlu olsun. Səsverməyə gələnlərin sayı hər dəqiqə çoxalır. Türk milləti səsvermədə çox aktiv iştirak edir. Millətimə təşəkkür edirəm! Bu səsvermə bir daha Türkiyə demokratiyanın güclü olduğunu təsdiqləyir. Səsvermənin nəticələrini İstanbuldan izləyəcəyəm", - deyə Recep Tayyip Erdoğan bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətində parlament seçkisi keçiriləcək. Ölkə daxilində 53 milyon 765 min 231 seçici yerli vaxtla saat 08.00-dən 17.00-yə (Bakı vaxtıyla 10.00 – 19.00) məntəqələrdə səs verməyə başlayıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.