"Komandam oyuna çox yaxşı başladı. Hesabı da biz açdıq. Birinci hissənin ortalarından etibarən futbolçularım oyun planına uyğun oynamadılar. Xüsusilə, yarımmüdafiədə yol verdiyimiz ciddi səhvlər Azərbaycan millisinin qol vurması ilə nəticələndi".
Bu sözləri Serbiya yığmasının baş məşqçisi Radovan Curçiç millimizlə yoxlama görüşündən sonra deyib.
Təcrübəli mütəxəssis komandasının fasilədən sonra daha yaxşı oynadığını bildirib: "Fasilədən sonra artıq istədiyimiz oyunu göstərməyə başladıq. Meydana sonradan daxil olan futbolçular da oyuna yaxşı qoşuldular.
Bu qarşılaşma bizim üçün hazırlıq baxımından əhəmiyyətli idi və səmərəli oldu. Qarşıda bizi Kopenhagendə Danimarka millisi ilə vacib oyun gözləyir. İnanıram ki, həmin oyunda da futbolçularım bu gün ikinci hissədə oynadığı kimi çıxış edəcək və qələbə qazana biləcəyik".
Qeyd edək ki, Avstriyada keçirilən yoxlama oyununda Serbiya yığmamıza 4:1 hesabı ilə qalib gəlib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.