banner
banner

Dünya

Davudoğlu kabineti toplayır - 45 günə yeni hökumət qurulmazsa...

Davudoğlu kabineti toplayır -

Baş nazir Əhməd Davudoğlu seçimin nəticələrini dəyərləndirmək üçün kabineti toplayır. 

Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, toplantıda seçkilərin nəticələrinin analizi ilə yanaşı, koalision hökumətin qurulması və erkən seçim ehtimalları ilə bağlı müzakirələr aparılacaq. 

AKP rəsmilərinin verdiyi məlumata görə, Davudoğlunun qaydalara uyğun olaraq istefasını bu gün və ya sabah prezident Tayyub Ərdoğana təqdim etməsi və Ərdoğanın da yeni hökumət qurulana qədər Davudoğlundan vəzifəsində qalmasını istəyəcəyi gözlənilir. 

Yeni hökumətin qurulması istiqamətində işlər isə seçki nəticələri dəqiqləşəndən sonra aparılacaq. 

Nəticələr Rəsmi qəzetdə yayımlandıqdan 5 gün sonra yeni parlament ilk toplantısını keçirəcək. Ərdoğanın yeni hökumət qurmaq tapşırığını isə TBMM-dən bir millət vəkilinə, böyük ehtimalla partiyanın sədri Davudoğluna həvalə edəcəyi gzlənilir. 

Konstitusiyaya görə, 45 gün ərzində yeni hökumət qurulmazsa, ölkə 3 ay içərisində erkən seçimə gedə bilər. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.