banner
banner

Dünya

Rusiya və Qətər Dünya çempionatını itirə bilər

Rusiya və Qətər Dünya çempionatını itirə bilər

“Rüşvət halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər”. 

Bunu FİFA rəsmisi Domeniko Skala (Domenico Scala) deyib.

Ötən ay FİFA-nın korrupsiyada şübhəli bilinən 7 yüksək vəzifəli rəsmisi həbs olunub. Onlar ABŞ prokurorluğu tərəfindən 24 il ərzində ümumən 150 milyon dollar rüşvət almaqda ittiham edilən 14 nəfər arasındadır.

İsveç rəsmiləri də 2018 və 2022-ci il dünya çempionatının keçirmək haqlarının alınması barədə kriminal araşdırma aparıb.

Hər iki ölkə keçirilmiş tenderdə səhv bir şey etmədiklərini deyir. FİFA-nın audit və uyğunluq komitəsinin rəhbəri Cənab Scala da korrupsiya dəlili görmədiyini etiraf edib.

O, İsveç qəzetinə müsahibəsində belə deyib: “Müəyyən edilsə ki, Qətər və Rusiyaya verilmiş təltif pulla alınmış səslərin nəticəsidir, o zaman təltif təxirə salınacaq”.
Scala əvvəllərdə də eyni yönümlü çıxışlar etsə də, son iki həftədə FİFA-da baş vermiş hadisələrə görə bu çıxış ciddi xəbərdarlıq ola bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.