banner
banner

Dünya

ABŞ-da türk festivalı

ABŞ-da türk festivalı

Vaşiqnton Türk-Amerika dərnəyi artıq bir neçə ildir ki, paytaxtda türk festivalı təşkil edir.

2 gün davam edəcək festivalın əsas məqsədi isə zəngin türk mədəniyyəti haqqında amerkalıları və burada yaşayan turistləri məlumatlandırmaqdır. 

Festivalın təşkilatçısı Gizəm Şalqicilvayt bildirdi ki, bu festivalda türklər dönərlərindən tutmuş müxtəlif çeşidli şirniyyatlarına qədər öz zəngin mətbəxlərini də nümayiş etdirirlər.

Festival iştirakçısı Cavid Öztürkün sözlərinə görə, festivalda türk tarixi, türklərə məxsusu əl işlərinə sərgilənir. Su üzərində rəsmçəkmə sənəti olan Ebru sənətinin nümunələri amerikalıların marağına səbəb oldu. Xanımların diqqətini daha çox əl işləri olan aksesuarlar cəlb edib. Amerikalılar türk mədəniyyətinin nümunələrindən zövq alıblar.

Vaşinqton sakini Corc Nuken sözlərinə görə, türk festivalına gəlib türk mədəniyyətini görmək xoşdur. "Mən artıq bir neçə ildir ki bu festivala gəlirəm. İnsana əla hisslər verir. Müxtəlif mədəniyyəti, müxtəlif yeməklər, rəqs qruplarının rəngarəng kostyumlarını görmək həyəcanvericidir".

Festivalda türklər özlərinin vazkeçilməz ənənəsi olan qəhvə və qəhvə falına baxılan stend də qurmuşdular. Amerikalıların maraqla gözlədiyi məqamlardan biri isə türk rəqsləri idi. Amma ən çox maraq türk rəqs qrupunun ifa etdiyi Azərbaycan rəqslərinə oldu.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.