banner
banner

Dünya

İraqa əlavə hərbçi göndərilir

İraqa əlavə hərbçi göndərilir

Almaniyada "Böyük Yeddilik" (G7) ölkələrinin dövlət və hökumət başçılarının görüşü davam edir.

İyunun 8-də keçirilən görüşdə əsasən terrorçuluqla mübarizə və iqlim dəyişikliyi məsələləri müzakirə olunub.

ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya rəhbərlərinin iştirak etdiyi görüşə İraqın baş naziri Haydar əl Abadi və Nigeriya prezidenti Qudlak Conatan da qatılıb. Söhbət zamanı İŞİD və Nigeriyadakı "Boko Haram" silahlı qruplaşmasına qarşı mübarizə tədbirləri diqqət mərkəzində olub.

Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib ki, Britaniya silahlı qruplaşmalarla mübarizə aparmaq üçün İraqa 125 əlavə hərbçi göndərəcək.

Xatırladaq ki, sammitin ilk günü Ukrayna münaqişəsi müzakirə olunub. ABŞ Prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel Ukrayna ilə bağlı Minsk razılaşması tam yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını söyləyiblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.