İranda Mahmud Əhmədinejadın hakimiyyəti dövründə vitse-prezident vəzifəsində çalışmış Həmid Bakayi həbs edilib. Bakayi bu gün saxlanılıb.
Xatırladaq ki, vitse-prezident vəzifəsi ilə yanaşı o həmçinin Əhmədinejad administrasiyasına rəhbərlik edib. Həbsin səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, bu Əhmədinejad hökumətinin yüksək rütbəli məmurlarının arasında ilk həbs deyil. Yanvar ayında İranın digər sabiq vitse-prezidenti Məhəmməd Rza Rəhimi beş il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bundan əlavə, ona qarşı iri məbləğdə maliyyə cəriməsi tətbiq edilib. Hökmün təfərrüatları və cinayətin maddələri barədə isə ictimaiyyətə heç bir açıqlama verilməyib. Siyasi rəqibləri sərt xarici siyasət xətti ilə seçilən sabiq prezident Mahmud Əhmədinejadın başçılıq etdiyi hökuməti irimiqyaslı korrupsiyada dəfələrlə ittiham edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.