Kanadanın Toronto şəhərinin metro sistemində nasazlıq yaşanıb.
Cia.az-ın məlumatına görə, Ria Novosti xəbər verir ki, nasazlıq saat yarım davam edib.
Nasazlıq ucbatından pik vaxtı metroda 4 xətt 95 dəqiqə ərzində bağlanıb. Elektrikin kəsilməsi ucbatından metronun bütün rabitə sistemləri sıradan çıxıb.
Agentlik bildirir ki, nasazlığa görə 125 min sərnişin metrodan təxliyyə edilməsinə baxmayaraq, sərnişinlərin daşınması üçün əlavə avtobuslar xətlərə buraxılmayıb. Bu da nəqliyyattda izdihama səbəb olub.
Qeyd edək ki, gələn ay Toronto Panaamerika oyunlarını qəbul edəcək. İdman tədbirinə 10 min idmançı 250 min tamaşaçının gələcəyi gözlənilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.