Kiyevin Vasilkovski rayonununda yerləşən neft bazasında başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.
Artıq bazada 16 neftlə dolu çən yanır. Hazırda bir çəndəki yanğını nəzarəət altına almaq mümkün olub. Yanğını söndürmək üçün hadisə yerinə Ukrayna Milli Qvardiyasının 400 hərbçisi cəlb olunub. Yanğının köpüklü su ilə söndürülməsi istiqamətində işlər görülər. Eyni zamanda alovun yaxınlıqda yerləşən nəhəng yanacaq ehtiyatına keçməməsi üçün ətraf ərazilər xüsusi qurğularla soyudulur.
Qeyd edək ki, neft bazasında Ukrayna vaxtı ilə səhərt saat 8 radələrində 50-yə yaxın partlayış baş verib. Bundan sonra isə möhkəm yanğın başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə ağır xəsarət alıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.