banner
banner

Dünya

Sobçak Saakaşvili ilə birlikdə

Sobçak Saakaşvili ilə birlikdə

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiyanın məşhur teleaparıcısı və jurnalisti Kseniya Sobçak ilə Odessa ətrafı kəndə baş çəkib.

Bu barədə Kseniya Sobçak “İnstagram” hesabında xəbər yayıb.

Qubernator eksperimental sahələrdə olub, həmçinin Komintern rayonunun Perşotravnevoe kəndinə baş çəkib. Burada Saakaşvili yerli sakinlərlə görüşüb. Saakaşvili qeyd edib ki, zəngin potensiala baxmayaraq Ukrayna Avropanın ən kasıb ölkəsi olaraq qalır və korrupsiya ilə mübarizə aparmağa söz verib.

Televiziya aparıcısı Kseniya Sobçak Odessaya səfəri haqqında sosial şəbəkədə öz səhifəsində geniş məlumat verib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.