Qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun qızı son vaxtlar aldığı təhdidlərdən sonra ölkəni tərk edib. Janna Nemtsova Rusiyanı tərk etdiyini təsdiqləyib. Bu barədə Janna Nemtsova RBK agentliyinə açıqlama verib. Janna Rusiyanı tərk etdiyini, lakin geri dönmək niyyətində olub-olmadığı barədə bir söz deməyib.
Siyasətçinin qızının ölkəni tərk etməsi barədə bir müddət öncə Britaniya qəzeti Times yazmışdı. Qəzetin müxbiri ilə söhbətdə Janna Nemtsova ölkədə vəziyyətin kəskin pisləşdiyini deyərək, atasının qətlində siyasi məsuliyyətin Kremlin üstünə düşdüyünü bildirib.
Rusiyanın aparıcı müxalifətçi siyasətçisi, sabiq baş nazirin müavini Boris Nemtsov bu ilin fevral ayının sonunda Kremlin yaxınlığındakı körpüdə güllələnərək öldürülmüşdü.
Onun qətlində günahkar bilinən 5 çeçen həbs olunub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.