Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldız haqqında səsləndirilən tənqidləri qulağardına vermədiyini bildirib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Soma və Ərmənək kömür mədənlərində baş verən hadisələrdən sonra istefası tələb edilən nazir məsələyə aydınlıq gətirib.
Ölkənin Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldız müxalifət partiyalarından olan millət vəkilləri tərəfindən istefasının istənilməsini normal qarşılayıb. O, hətta baş verənlərdən sonra nazirlər kabinetinə istefası barədə məlumat verdiyini də vurğulayıb.
“Mən prinsiplərimlə yaşayan bir adamam. Məsələ ilə bağlı nazirlər kabinetinə bildirdim. Müxalifət partiyasından 13 dostumuzun tövsiyəsini yenidən baş nazirimizlə (Davudoğlu) bölüşəcəm”, deyə T.Yıldız istefasını istəyənlərə cavab verib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.