banner
banner

Sağlamlıq

Azərbaycanda ilk - prostat vəz bu yolla çıxarıldı

Azərbaycanda ilk -

ATU-nun Tədris Cərrahiyyə klinikasında laporoskopik radikal prostatektomiya əməliyyatı icra edilib. 
Əməliyyatda iştirak edən həkimlərdən biri, ATU-nun onkologiya kafedrasının assistenti, uzman-onkouroloq Vasif İsmayıl bildirib ki, iki saat yarım davam edən əməliyyatın nəticəsi uğurlu olub.

“Bizə 70 yaşlı xəstə müraciət etmişdi. Onda müayinələr nəticəsində prostat vəzin xərçəngi aşkarlandı. Bu, doğrudan da dəhşətli xəstəlikdir, dünyada kişilərin ölümünə səbəb olan əsas xəstəliklərdən biridir. Ancaq prostat vəzin xərçəngi vaxtında aşkarlanaraq düzgün müalicə olunarsa xəstəni tamamilə sağaltmaq mümkündür”.

Uroloq vurğuladı ki, ATU-nun Tədris Cərrahiyyə klinikasına müraciət edən bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı - radikal prostatektomiya əməliyyatı aparılamalı idi: “Radikal prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla aparmaq mümkündür, həm də laporoskopik, robot yardımı ilə etmək olar. Biz isə laporoskopik radikal prostatektomiyaya qərar verdik. Bu əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və əziyyətlisi sayılır.”

Ümumiyyətlə, ATU-nun Tədris Cərrahiyyə klinikasında icra edilən bu əməliyyatda Vasif İsmayılla yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar Özgük, Almaniyada yerləşən Haydinbörq Klinikasının urologiya şöbəsinin şef yardımçısı Əli Sərdar Gözen də iştirak ediblər. Bu əməliyyatın icrası təkcə ATU üçün deyil, Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisədir. Laporoskopik radikal prostatektomiya əməliyyatını Azərbaycanda ilk dəfə icra etmək bizim də həvəsimizi artırır. Çünki biz artıq bir neçə ildir ki, laporaskopik urologiya ilə ciddi şəkildə məşğul oluruq. Əməliyyat etdiyimiz xəstənin indiki vəziyyəti normaldır, adekvatdır, özünü yaxşı hiss edir.

Xatırladaq ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında iyunun 8-9-daTürk UroLap dərnəyinin 32-ci beynəlxalq tətbiqi laparoskopik urologiya kursu təşkil olunub. 





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.