ANS PRESS-in məlumatına görə, Gürcüstanın sabiq maliyyə naziri, tanınmış iqtisadçı Kaxa Bendukidze Londonda ürək tutmasından dünyasını dəyişib.
Saakaşvilinin prezidentliyi dövründə nazir kimi fəaliyyət göstərən 59 yaşlı iqtisadçı Kaxa Bendukidze Gürcüstanda iqtisadi islahatların "atası" hesab edilir.
O, Kaxa Bendukidze 2004-cü ilədək Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.