"Trabzonspor" "Qarabağ"ın üzvünü istədi: 1 milyon avro
"Trabzonspor" "Qarabağ"ın və milli komandamızın üzvü Bədavi Hüseynova elçi düşüb. Cia.az-ın məlumatına görə, Super Liqa klubu Bədavi Hüseynovu heyətinə qatmaq istəyir. "Qarabağ" 2018-ci ilədək müqaviləsi olan futbolçunun transferi üçün qarşı tərəfdən 1 milyon dollar istəyib.
"Trabzonspor" bundan başqa Hollandiyanın "Vitess" klubunda oynayan mərakeşli Roçdi Açenteni də hədəfə alıb. Bu futbolçuya 900 min avro qiymət qoyulub. Hər iki futbolçu ilə danışıqlar davam edir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.