Braziliya polisinin son beş il ərzində 11 min adamı öldürdüyü açıqlanıb.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bu say gündə ortalama 6 adam öldürməyə bərabərdir.
Braziliya Cəmiyyətin Təhlükəsizlik Forumunun apardığı araşdırmaya görə, ABŞ-dakı qanun keşikçiləri bu saya yalnız 30 ilə çata biləcək. Mərkəzi Sao-Pauloda olan təşkilat Braziliya polisini öldürücü üsullardan sui-istifadədə günahlandırır.
Ən acınacaqlı vəziyyətin isə Rio de Janeyroda olduğu bildirilir. 2013-cü ildə ərazidə 416 adam öldürülüb. Keçən il Braziliyada 50 min 806 adamın cinayətə qurban getdiyi də vurğulanıb. Bu da hər on dəqiqədə bir cinayət deməkdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.