banner
banner

Dünya

İsrail: Casusluq etməmişik

İsrail: Casusluq etməmişik

İsrail İranın nüvə proqramı ilə bağlı danışıqlarda casusluq etməsi barədə ittihamı rədd edib.
Cia.az-ın məlumatına görə, İsrail bunu kompüter təhlükəsizliyi şirkəti tərəfindən danışıqlar aparılan mehmanxanalara kompüter virusunun göndərildiyi aşkar olunduqdan sonra bildirib.

Lakin, Rusiyanın Kaspersky Lab şirkəti deyib ki, Avropanın 3 mehmanxanasına göndərilmiş virus o dərəcədə mürəkkəbdir ki, onu yalnız dövlət səviyyəsində işləyib hazırlamaq mümkündür.

İranın nüvə proqramına dair Tehran və aparıcı dünya dövlətləri arasında danışıqların son müddəti iyunun 30-da bitməlidir. Danışıqlarda istifadə olunan kompüterlərin hək olunması ilə bağlı İşveçrə və Avstriyada istintaq başlanıb.

Mart ayında Wall Street Journal nəşri ABŞ rəsmilərinin bağlı qapılar arxasında keçən danışıqlara İsrailin casusluq etməsilə bağlı narahatlıq bildirmişdi. İsrail casusluq barədə ittihamları rədd etmişdi.

Kaspersky Lab və ABŞ-ın Symantec təhlükəsizlik şirkəti hesab edirlər ki kompüter casusluğu üçün Duqu 2.0 adlı proqramdan istifadə olunub. Həmin virus kompüter şəbəkəsinə gizlicə daxil olaraq məlumat toplaya bilir.
Ekspertlərə görə, həmin virusu İsrail höküməti yarada bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.