Braziliyanın ulduz futbolçusu Ronaldinyo Türkiyə çempionatında top qovacaq. Ronaldinyo artıq Türkiyənin “Antalyaspor” klubu ilə razılığa gəlib. Türkiyənin “fotomaç” qəzeti bildirir ki, Ronaldinyo artıq bütün məsələlərdə klubla razılaşıb və ayın 17-si müqavilə imzalamaq üçün Türkiyəyə gələcək. Meksikanın “Quereatro” klubundan ayrılan Ronini bundan əvvəl Türkiyənin köklü klublarından olan “Beşiktaş” da heyətinə qatmaq istəyirdi. Ancaq son anda futbolçunun meneceri və qardaşı olan Roberto Assis fikrindən daşınmışdı.
Qeyd edək ki, futbolçunun transferində Antalya böyükşəhər bələdiyyəsi sədri Menderes Türel də xüsusi rol oynacaq. Türel futbolçunun transferi ilə bağlı maddi köməklik göstəriləcəyini söyləyib. Bununla da “Antalyaspor”un yeni meydançasına superstar gətirmək xülyası gerçəkləşmiş olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.