Azərbaycan güləşçiləri Bakı-2015-də mübarizəyə başlayıblar.
98 kq-da mübarizә aparan yunan-Roma güləşçisi Orxan Nuriyev isveçli idmançı Teodoros Tunisdisislə mübarizə aparıb.
Döyüş idmançımızın 4:1 hesablı qələbəsilə başa çatıb.
Orxan Nuriyev növbəti mərhələdə Litva idmançısı Vilius Laurinaitis ilə qarşılaşacaq. 59 kq çəki dərəcəsində çıxış edən Elman Muxtarov isə 1/8 final mərhələsində gürcü idmançı Meladzeni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. O, norveçli Berqe ilə qarşılaşır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.