Güləş üzrə kişilər arasında 98 kq-da Yunan-Roma yarışı başlayıb. Cia.az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutan yarışda güləşçimiz Orxan Nuriyev Latviyadan Vilius Laurinaitislə münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz kişilər arasında 1/8 finalda rəqibinə 4:1 hesabı ilə qalib gəlib və 1/4 final mərhələsinə adlayıb.
Digər bir təmsilçimiz Elman Muxtarov isə güləş üzrə kişilər arasında 59 kq-da Yunan-Roma yarışında mübarizə aparıb. 1/4 finalda Elman Norveçdən olan idmançı Stig-Andre Berge ilə güləşib. Təmsilçimiz son nəticədə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçib.
Güləş üzrə kişilər arasında 80 kq Yunan-Roma yarışında isə Rafiq Hüseynov Bolqarıstandan olan Daniel Aleksandrovla üz-üzə gəlib. Təmsilçimiz təmiz qələbə (4:0) qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.