ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 2001-ci il sentyabrın 11-də baş vermiş terroru ilə bağlı bir sıra məxfi sənədləri açığa çıxarıb.
Qurumun saytında dərc olunmuş materiallarda “xidmətin terrora qədər fəaliyyəti”ndən söhbət gedir və “müxtəlif tərəflərin agentliyin işi barədə baxışları əks etdirilir”.
Sənədlərin içərisində yer alan 500 səhifəli hesabatda terrorun qarşısını almağa mane olmuş sistem xətalarından bəhs edilib. Xidmətin 17 əməkdaşının məruzədə yer almış sözlərinə görə, ben Ladenin və “Əl-Qaidə”nin MKİ-də əməllərinə mane olmağa imkan verən plan olmayıb.
Məxfi sənədlərdə həmçinin həmin illərdə MKİ-yə rəhbərlik etmiş Corc Tanetin ünvanına da kəskin tənqid yer alıb. Sənədlərdə həmçinin Tanetin bu tənqidlərə cavabı yer alır. Tanet bildirir ki, 1999-2000-ci illərdə “Əl-Qaidə” tərəfindən planlaşdırılan kütləvi terror əməllərinin qarşısını alıb.
20o1-ci il sentyabrın 11-də kamikadze terroristlər ələ keçirdikləri iki təyyarə ilə Nyu-Yorkda Ticarət Mərkəzinin binasına və Vaşinqtonda Pentaqonun binasına hücum etmişdilər. Nəticədə 3 min adam həlak olmuşdu.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.