banner
banner

Dünya

19 yaşlı qız toyda öldü: DƏHŞƏT

19 yaşlı qız toyda öldü:

Fransada cavan qız toy kortecindən açılan atəş nəticəsində qətlə yetirilib.

Xəbəri "Le Parisien" nəşri yayıb.

İnsident şənbə günü Marli şəhərində baş verib. Küçədən keçən toy kortecində olan qonaq atmosferə uyğun olaraq ov tüfəngindən atəş açıb.

Merin sözlərinə görə, kortecin yanından keçən təqribən 19-20 yaşlı qız başından güllə yarası alıb. Onun sözlərinə görə həmin qız digər bir toya dəvətli idi. “Onlar kənardan keçərkən güllə ona dəyib”- deyə mer bildirib.

Yaralanan qızı təcili xəstəxanaya yerləşdirsələr də onun həyatını xilas edə bilməyiblər. Qızcığaz xəstəxanada keçinib. 

26 yaşlı “ovçu”nu isə yerli sakinlər hadisə yerindəcə saxlayıblar. Məlum olub ki, canfəşanlıq edən qətl şübhəlisi heç toya belə dəvət olunmayıb. Sadəcə dostu onu toy kortecində aparmağa razılıq verib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.