banner
banner

İdman

Xedira "Real"ı niyə tərk etdiyini açıqladı

Xedira "Real"ı niyə tərk etdiyini açıqladı

“Yuventus”un yeni transferi Sami Xedira “Real”dan niyə ayrıldığına aydınlıq gətirib.
Cia.az-ın məlumatına görə, almaniyalı futbolçu madridlilərin düşərgəsini pula görə tərk etməyib. Müqaviləsi başa çatan yarımmüdafiəçi azad agent statusuyla İtaliya təmsilçisinə keçib.
“Qoca Sinyora”yla 2019-cu ilə qədər müqavilə bağlayan Xedira “Real”dan niyə getdiyini izah edib:

“Real” mənə yaxşı şərtlərlə müqavilə təklif etmişdi. Madrid təmsilçisini pula görə tərk etməmişəm. Son vaxtlar əsas heyətdə yer almırdım. Belə olan halda həm oyun təcrübəsini itirirdim həm də formadan düşürdüm. “Real”da qalsaydım, daha da passivləşərdim. Ona görə də komandamı dəyişməli oldum. Onu da yaddan çıxarmaq lazım deyil ki, “Real”da 5 mövsümü yaxşı keçirdim”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.