İtaliya nəhəngi türk futbolçu Arda Turanı transfer etmək istəyir. Cia.az-ın məlumatın görə, türkiyəli ulduz “Milan”ın maraq dairəsinə düşüb. Çempionatı 10-cu sırada bitirən “Milan”, heyətini Arda ilə gücləndirmək istəyir. Belə ki, Taylandlı iş adamı Bie Taeçaubolun klubun səhmlərinin 47-ni aldıqdan sonra heyəti gücləndirmək üçün bir sıra ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır.
Ardanın meneceri Əhməd Bulud ilə təmasa keçən italyanlar bu transferi tez bir zamanda sonlandırmaq niyyətindədirlər. Çünki ulduz futbolçu bir çox klubun maraq dairəsindədir. Məlumatda bildirilir ki, bu ana qədər ən ciddi təklif “Milan”dan gəlib.
Növbəti mövsümdə “Milan”ın avrokuboklarda çıxış etməməsi isə Arda Turanın qərarına təsir edəcəyi istisna edilmir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.