Bu gün Bakı-2015 I Avropa Oyunlarının mükafatçıları ilə görüş keçirilib. Cia.az-ın məlumatına görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev iştirak ediblər.
"Zəfər günü"nə həm də iyunun 14-də fəxri kürsüyə çıxan idmançılar qatılıblar. Nazir Azərbaycan idmançılarının indiyə qədər göstərdikləri nəticələrdən məmnun qaldığını bildirib:
“Şadam ki, idmançılarımız böyük nailiyyətlər əldə edirlər. Açığı, biz bu qədər qızıl medal gözləmirdik. Hazırda komanda hesabında birinci yerdəyik. Düzdür, gələcəkdə lider dəyişə bilər. Amma 3 gündən sonra birinci yerdə qalmağımız böyük nəticə deməkdir. Yüksək vəzifəli qonaqlarımız artıq ölkəmizi tərk ediblər. Hamısı təşkilatçılıqdan razılıq bildirdilər, belə təşkilatçılıq gözləmədiklərini dedilər. Biz göstərdik ki, Azərbaycan idman ölkəsidir, böyük tədbirlər qəbul etməyə hazırdır. Qarşıdakı günlərdə yarışacaq idmançılara uğurlar arzulayıram”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.