Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Dünya İqtisadi Forumuna (Davos Forumu) qatılmayacağını bəyan edib.
ANN.Az xəbər verir ki, Kremldə keçirilən mətbuat konfransı zamanı belə bir açıqlama verən Peskov budəfəki Davos Forumunda Rusiyanı kimin təmsil edəcəyi haqda məlumata malik olmadığını bildirib.
Putin sonuncu dəfə 2009-cu ildə Davod Forumuna qatılıb. Ümumilikdə isə, rus heyəti 1987-ci ildən bu yana hər il forumda iştirak edir. Ötən il Rusiya heyətinə baş nazirin köməkçisi Arkadi Dvorkoviş rəhbərlik etmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.