Gec yaşda başlanan müntəzəm idman insan ömrünü uzatmaqda siqareti tərgitmək qədər təsirlidir.
Cia.az-ın xarici mediaya istinadən məlumatına görə, Norveçdə aparılan yeni araşdırma bu nəticəni ortaya çıxarıb. Araşdırmaya görə, həftədə üç saat aktiv idman edənlərin aktiv olmayan yaşıdlarına nisbətən təxminən 5 il daha uzun yaşadığı görülüb. Belə ki, yüngül də olsa edilən idman ömrü uzadırmış.
Həftədə 1 saatdan az idman edənlərin isə sağlamlıq problemində bir dəyişiklik olmadığı görülüb.
İdman üçün hər gün 30 dəqiqə ayıranların isə ölüm nisbətinin yüzdə 40 azaldığı deyilir.
73 yaşında belə, idmana başlayanların ömrünün beş il daha uzandığı müşahidə edilib.
Gündəlik həyatda aktiv olmaq üçün edəcəkləriniz ürək sağlığını yaxşılaşdırmağa kömək edəcək.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.