Azərbaycanın tanınmış modelyer dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova I Avropa Oyunlarının rəsmi simvolları ilə əl işi olan pannonu Avropa Oyunlarının qalibi Rafael Ağayeva təqdim edib.
Cia.az-ın məlumatına görə, Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Nar əks etdirən panno təntənəli şəkildə Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təqdim olunub.
Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Nar Azərbaycan təbiəti və mədəni irsinin simvolları olmaqla Azərbaycanın şanlı tarixini və perspektivli gələcəyini əks etdirir.
Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda dövlət tərəfindən qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Bu şəhərdə hər il ənənəvi Nar bayramı keçirilir. Nar həyat və enerjinin simvoludur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.